axtarış
Miflərin
detektoru

Ən yeni miflər

NATO - 19 May 2016

NATO-ya əraziləri güzəştə getmək hesabına üzv olunma ilə bağlı mif yanlışdır

Hakim siyasi komanda "Gürcüs Arzusunun" nümayəndəsi, deputat Tamaz Meciaurinin Gürcüstanın guya NATO-ya üzv olmaq əvəzinəərazi bütövlüyünü güzəştəgetməli olacağı iləbağlıbəyanatı əsassızdır.

Oxşar bəyanatları başqa-başqa vaxtlarda rus yönlü baxışlarıilə seçilən siyasi qüvvələr və mediaplatformalar verirlər vəbu bildiriş bir növ bildiriş qutusu forasınıda aldı (bax. infoqrafika).

Qeyd olunan bildirişinəsassızlığınıaşağıdakışərtlər təsdqiləyir:

1. NATO nizamnaməsinin beşinci maddəsi ərazilərin güzəştə gedilməsini nəzərdə tutmur

Tamaz Meciauri hesab edir ki, işğal olunmuş ərazilərdərus hərbi bazalarının mövcud olduğu təqdirdə, Aliansa Gürcüstanın üzv olması Rusiya-NATO arasında hərbi münaqişəyəsəbəb olur, bunun əsasıda onun fikrincə, NATO bəyənnaməsinin beşinci maddəsidir. Parlament üzvünün sözlərinəgörə, oxşar baryerləri aradan qaldırmaq və Aliansa üzv olmaq sadəcəəraziləri güzəştə getmək hesabına mümkündür.

NATO-nun bəyənnaməsində, özəlliklə dəbeşinci maddədə, heç bir yerdəqeyd edilməyib ki, Aliansa qəbul olmaq istəyən ölkənin ərazi problemləri mütləq həll olunmalıdır. NATO nizamnaməsinin beşinci maddəsi kollektiv təhlükəsizlik formasınıbildirir: üzvlərdən birinə qarşı hücum – Aliansa hücum deməkdir. Bununla belə, NATO-Gürcüstan münasibətləriərzində işğal olunmuş ərazilər heç vaxt üzvlüyü əngəlləyən factor kimi müzakirə olunmayıb.

Almaniya buna bir misaldır ki, oxşar yanaşmalar yanlışdır. Almaniya Federativ Respublikası Şərqi Almaniyanın işğalızamanı 1955-ci ildə Aliansın üzvü oldu. Aliansa Almaniyanın üzv olması NATO və Sovetlər Birliyi arasında müharibəyə səbəb olmayıb.

2. Gürcüstanın iki bölgəsi Rusiya tərəfindən işğal olunub

Gürcüstanınərazi problemlərinin səbəbi Rusiyadı – NATO yox. Məhz NATO və Avropa Birliyinin üzvü ölkələr Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyirlər.

Rusiyanın açıq aqresiyyasına və ya ayrı-ayrıqurupların müxəlif şəkildədəstəyinə Sxinvali bölgəsindəhərbi qarşı durmalar dəlalət edir (1990, 2004), Abxaziya müharibəsi (1992-1993) vəbir başa müdaxilənin hyata keçirildiyi Rusiya-Gürcüstan arasında avqust müharibəsi (2008 –ci il). Gürcüstanın iki bölgəsi – Abxaziya və Samaçebelo Rusiya tərəfindən işğal edilib, bunu beynəlaxlq əməkdaşlıq da tanıyır.

Hərbi münaqişələr nəticəsindəAbxaziyada gürcülərəqarşıetnik təmizləməsiyasəti aparıldı, 300 000-dən artıq insan qaçqın oldu. Rusiya tərəfindən işğal olunmuş ərazilərdəbu gün də gürcü dili mədudlaşdırılır, mədəniyyət və dini abidələrəzərər vurulur.

NATO-Gürcüstan münasibətləri 1994-cü ildən başlayır, yəni Abxaziya vəSxinvali regionunun Tbilisinin iursidiksiyasına aid olmadıqdan sonra başladı. Buna baxmayaraq, Ərazi problemləri olmayıb / Şimali –Atlantik inteqrasiyaya mane olan faktorlar mövcuddur. 2008 –ci ildəBuxarest sammitində NATO qərar qəbul etdi ki, Gürcüstan mütləq Aliansın üzvü olacaq. Ərazi probleminin həll olunması üzüvlüyün ilkin şərti kimi heç vaxt müzakirə olunmayıb. İlkinşərt ölkənin demokratik inkişafı və NATO standartlarına cavab verməsidir.

3. İşğal olunmuş Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini sadəcə Rusiya, Nikaraqua, Venesuella və Naur tanıyır, Qərb yox

Gürcüstanın qəbul olunmuş sərhədlərinəyenidən baxan yeganə qüvvəRusiyadır. 2008 –ci ilin avqust ayının 26-da, Moskva Abxaziyanı vəCənubi Osetiyanı müstəqil dövlət kimi tanıdı(Rusiya Prezidentinin sərəncamı #1260 və #1261). NATO-ya üzv olan ölkələrəgəldikdə isə, onlar Gürcüstanın ərazi bütövlüyünü tanıyırlar və sərt şəkildəərazi bütövlüyünün tanınmamasısiyasətini dəstəkləyirlər.

4. Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması üçün Rusiya maliyyə xərcləyir

Soxumi vəSxinvalinin müstəqilliyini Rusiyadan başqa üç ölkə tanıyır - Nikaraqua, Venesuella və Naur. Bu ölkələr arasında Tuvalı vəVanutu da var idi, lakin onlar öz qərarlarınıdəyişdilər. bu ölkələrin dəstəklərini əldəetmək Rusiya tərəfinə 3,25 mlrd dollar başa gəldi. Sadəcə Venesuellanın dəstəyini qazanmaq üçün isərus tərəfi 2.2 mlrd dollar xərclədi.

İnfoqrafikanın tam verisyasına səhifədə baxın.

 

Geri