axtarış
Miflərin
detektoru

Ən yeni miflər

Media - 14 Sen 2015

Rusya medyası mifləri necə yaradır

Natalia Antelava

2005-ci ilin aprel ayında Vladimer Putinin Milli Televiziya vasitəsi ilə Sovetlər birliyinin dağılmasını XX əsrin ən böyük geosiyasi faciəsi kimi qiymətləndirdikdən sonra,bütün dünyanı Vladimer Putinin söylədiklərinin həqiqət olduğuna inandırmaq üçün televiziya stansiyası yaradıldı. son on il ərzində bu gün RT kimi tanınan "Russia Today" həvəskar televiziyadan formalaşmış vəeffektiv şəbəkəyə çevrildi. Şəbəkə bütün dünya üzrə özlərinin çoxsaylı və daim genişlənməyə meyilli auditoriyalarını Qərb liberalizminin labüd bəlası ilə bağlı məlumatlandırmaq üzrə fəal şəkildə işləyən ofislərə, 300 milyon dollarlıq büdcəyə, inglis, ispan və ərəb dilli kanallara malikdir.

Bu gün RT sadəcə olaraq Kremlin propaqanda maşınının hissələrini təşkil edir. Propaqanda maşını onlarla televiziya stansiyasından, yeni təsis olunmuş "Sputnik"dən və yüzlərlə satın alınmış sosial medyada diskusiyalar aparan trolerlərdən ibarətdir[1].Bir az əvvəl, Pew Center tərəfindən aparılmış qlobal sorğu nəticəsində Rusiya səkkiz il ərzində ilk dəfə olaraqən aşağı bəyənmə reytinqinə sahib olaraq multi milyon dollarlıq propaqanda maşınının gücü və uğuru sual işarəsi altında düşüb.

Buna baxmayaraq Rusiya və keçmiş Sovetlər Birliyi ərazisində siyasi diskursun dəyişdirilməsi və əhalinin böyük bir hissəsinin Qərb əleyhinə düşünməsi baxımından Kremilin strategiyası uğurlu oldu. çoxsaylı sorğulara əsasən həm Rusiya, həm də Mərkəzi Asiya regionu əhalisi arasında Avropa Birliyi və ABş liderlərinə qarşı narazıçılıq iki dəfə artdı. Gallup tərəfindən aparılmış son sorğularaəsasən, Qazxıstanda, Belarsuiyada, Qırğızıstanda və Tacikistanda Amerika Birləşmiş Ştatlarına, Avropa Birliyi və Almaniyaya qarşı narazıçılıq göstəricisinin ən yüksək həddi 2014-cüildə qeydə alınıb.

Ənənəvi Qərbyönlü Gürcüstanda qərb əleyhinə əhval-ruhiyyə görünməmiş dərəcədə artdı. Əhalisinin sadəcə bir hissəsinin rus tele kanallarını izləyən ölkədə Rusiya televiziyaları tərəfindən yaradılmış mifləri yayan gürcü dilli mediya vasitələri artdı. "Mediya İnkişaf Fondu" tərəfindən aparılmış son araşdırmaya əsasən qərb əleyhinə medyanın əsas mövzusu homoseksuallıqvə pedofiliyanın "leqallaşdırılması" və Qərb tərəfindən təqdim olunan təhrif olunmuş həyat tərzi. Bir çox medya vasitəsi Qərbi "Ortodoks xrsityanlıq" və ənənəvi dəyərlərə qarşı çıxan kimi qiymətləndirir.

Yuxarıda sadalanan miflərdən heç biri real faktlara əsaslanmır. Analitiklər Rusiyanın Krımı aneksiya etməsi ilə Beynəlxalq Hüquq sahəsindən çıxıdığ kimi, Rusiya televiziyasının da jurnalistik reallıqdan çıxması faktı ilə razılaşırlar. Kremlin Qərb əleyhinə və anti-liberal mesajlarının yayılması üçün Rusiya kanalları asan, lakin olduqca effektiv metoddan - yalandan istifadə edir.

Ukrayna bu yalanların ağır bədəlini ödədi və bu günə qədər də ödəyir. Kremlin işə yarayan, multi milyardlıq propaqanda maşını tərəfindən yaradılmış miflər Ukraynada yaranmış böhran üçün aşkarca olaraq istənilən növ hərbi köməkdən daha çox təsirə malik idi. Bununla Moskva Kırımda, öz tərafdarlarını və Qərbi Ukraynada separatistləri təmin edirdi.

Miflər asan izahatdan ibarətdir: Ukraynada Amerikadan və Avropa Birliyinə əsaslanan neo-nasistlərdən ibarət rus dilli əhali Kiyev hökumətinin diktəsi altındadır. Onlar slav ənənələrinin və kimliyinin kökünü qazıyırlar (Putinin özü rus mediyası tərəfindən bütün dünyada ənənəviliyin bir nömrəli müdafiəçisi kimi çəkilib, Donetskuğrunda mübarizə isə İkinci Dünya müharibəsi zamanı Leninqrad mühaisrəsinə bənzədilir). Rusiya mediyasında oxşar izahat sadəcə informasiya buraxılışında deyil, keçmiş sovet dövlətləri əhatəsində milyonlarla insanın izlədiyi məşhur tok şou və sənədli filmlərdə də təkrarlanır. Qeyd olunan medya vasitələri tərəfindən verilən reportajlar olduqca böyük təsirə malikdir. Onlar heç zaman sadəcə bir konkret fikir yeritməyə çalışmırlar, bunun əvəzinə olaraq siujetlər elə qurulub ki, izləyici şüur altı olaraq könüllü şəkildə yaxşı və pis arasında "nəcib mənəvi" seçim edir.

Şərqi Ukraynada baş verən böhranı rusiya medyası böyük emosiya ilə təqdim etdi, bu da olduqca effektiv göründü. Mənim şəxsi təcrübəmə əsaslansam, Şərqi Ukraynada BBC üçün işlədiyim zamanda Ukrayna hökumətinin məqsədininin rus dilli əhalini məhv etmək və məcburi homoseksual nigahlar olduğuna inanan çox insana rast gəldim. Olduqca qeyri-reyal görünməsinə baxmayaraq məhz oxşar sentimentlər bir çox insanı Kiyev əleyhinə etiraza səslədi, yekun olaraq Şərqi Ukrayna böhranına səbəb oldular. Müharibə özlüyündə yeni yalanlar şəbəkəsinin əsasını qoydu. Şübhəsiz ki, propaqandadan münaqişənin hər iki tərəfi istifadə edir, lkain Ukraynanın təşkilatsız propaqandası Rusiyanın varlı və yaxşı təşkil olunmuş dezinformasiya maşını ilə rəqabətə tab gətirə bilməz.

Şərqi Ukraynada Kremilin propaqanda maşını ətrafında çalışan jurnalistlər televizya ilə ötürülən məlumatların reallığa uyğun gəlmədiyi qeyri-real paralel dünyada yaşlayırlar. yalan nə qədər primitiv düşünülmüş olarsa bir o qədər böyük effektə malik olar. Bunun təssüf ediləcək nümunəsi olaraq Rusiyanın "Birinci kanlında" bir qadının Ukraynalı hərbiçilərin kiçik slavyan oğlanı çarmıxa çəkmələri barədə bildirdiyi siujeti göstərə bilərik. "Onlar üç yaşlı şort və köynəkli uşağı elanlar löhvəsinə xaç şəklində İsa Məsih kimi çarmıxa çəkdilər. Bundan sonra onun anasını tanka bağladılar və meydanda üç dövrə vurdurdular". Yekun olaraq "Birinci Kanal" etiraf edib ki, jurnalistin məlumatın yalan olmadığını təsdiq etməsi üçün heç bir sübutu olmayıb. Lakin kanal dəqiqləşdirilməmiş məlumat üçün rəsmi olaraq üzr istəməyib. bu siujetə baxan tamaşaçıların əksəriyyəti onun həqiqət olmasına heç vaxt şübhə etməyəcək və reportajın verdiyi nifrət itməyəcək.

 

2015 –ci ilin aprel aında, BBC üçün Şərqi Ukraynaya son səyahətim zamanı yerli super marketdə iki xanımın söhbətini eşitdim. Söhbət Dontskdə ukraynalılar tərəfindən artileriya atəşi nəticəsində ölmüş on yaşlı qız ilə bağlı idi. Xanımlar qızın ölümündən çox narahat olmuşdlar və Kiyev hakimiyyətini "Faşist xunta”sı adlandırırdılar. Həqiqətdə isə məlum oldu ki, Kiyev hakimiyyətini bu terminlə yada salan əksər rus kanalları qızcığaz haqqında siujet təqdim edib. Mənim çəkliş qurupum məlumatın orjinal mənbəyini axtardı, biz Dontskinin özünü Müdafiə Naziri elan etmiş spikeri, Eduard Dasurinə qədər gedib çıxdıq. Cənab Dasurin uşağın həqiqətən öldüyünü təsdiq etdi, lakin hadisənin təfərrüatları ilə bağlı danışmaqdan imtina etdi. Biz yenə də əhvalat söyləməyə davam etdik və hər kəsə müraciət etdik ki, bəlkə qızla bağlı kimdəsə nəsə məlumat ola. Son olaraq Rusiya televiziyasının repartyorlarından biri kamera qarşısında bildirdi ki, uşaq mövcud deyil, heç bir zaman da mövcud olmayıb. Onlar isə, "belə etməli olduqları üçün" siujeti efirə veriblər.

Qeyri-adi və maraqlıdır ki, Donetski gündəliyi real mövcud olan uşaqların ölməsi dəhşətləri ilə dolu olduğu halda rusiya televiziyası yenə də yalanların tirajlanması ilə məşğuldur və nifrət vasitəsi ilə böhranı daha da dərinləşdirməyə çalışır.

Rus kanalları alanı legitimləşdiriblər, jurnalistikanın balans və ədalətli yayım kimi əsas dəyərlərini öz xeyrlərinə istifadə edirlər. Kremilin propaqanda maşını ətrafında çalışan profesionallar üçün görünməmiş problemlər və maneələr yaradılıb. Qərb jurnalistləri üçün artıq Şərqi Ukrayna mövzusunu propaqanda mövzuları olmadan işqılandırmanın mümkün olmadığı artıq bəllidir. Lakin hər iki tərəfin iştirakı olmadan böhranı işıqlandırmaq başqadı, özünü propaqandist etmədən informasiya müharibəsi aparmaq isə tamam başqadı. Qeyd olunan dilemma Qərbin siyasi yaranış problemidir: məhdudlaşdıran olmadan ifadə azadlığı hüququndan sui-istifadə olunduğu zaman onu necə qorumaq olar?

Rusiyadan bu sual yəqin ki,cavab gəlməyəcək, çünki Rusiya jurnalistlər üçün ən təhlükəli fəaliyyət yeri olan bir ölkə kimi qəbul olunur. 2012-ci ildə Vladimer Putinin prezident olaraq döndükdən sonra Rusiyada artıq məhdudlaşdırılmış mediya azadlığı bir az daha pisləşdi. Fiziki təhlükəsizlik problem yaradır, jurnalistlərin öldürülməsi isə artıq adi hal alıb. Jurnalistlərin Müdafiəsi Komitetinin -CPJ məlumatlarına əsasən, 1991 –ci ildən bu yana Rusiyada 59 jurnalist öldürüblər. Hökuməti tənqid etməyə cürət edən az saylı müstəqil jurnalistlər ölkən korrupsioner və siyasiləşdirilmiş məhkəmə sistemi vasitəsi ilə daima hakimiyyətin təqibinə məruz qalırlar.

Kremlin propaqanda maşını Rusiya sərhədlərindən kənarda olanlar üçün də təhlükə yaradır. Buna görə də hər dəfə daha artıq adam problemdən həll yolu axtarır. Bəziləri propaqanda əleyhinə kanalların təsis olunması ideasını irəli sürür, lakin medianın qütbləşməsi prosesinin artıq daha yüksək səviyyəyə çatdığı dünyada bu cür hərəkətlərin jurnalistlərin özləri üçün məhv edici təsiri olacaq.

Hələlik Kreml tərəfindən arxası möhkəmləndirimiş kanalların yalanlarına qarşı ən effektiv vasitə Rusiya kanalları ilə yayımlanan mifləri batil edən araşdırma reportajlarının hazırlanmasıdır. Təssüf ki, Qərb öz kiçik büdcəsi və resursu fonunda əsas medianı bu cür jurnalistika ilə təmin edə bilmir. Şərqi Ukraynanı böhranın hər iki tərəfini işıqlandıran jurnalistlər nəzədə saxlayırlar və bu zaman şürur altı olaraq, özləri də bilmədən Kremilin gündəliyinə töhvə vermiş olurlar. Misal üçün, Krımın aneksiyasının başlanğıcında bir çox Qərb media vasitəsi yarımadadakı rus ordularını "balaca yaşıl adamlar" adlandırırdılar, bu isə ordunun dəqiq mənbəyinin bəlli olmadığının və Rusiyanın onların rus ordusu olmadığını təsdiqləməsinin passiv şəkildə etiraf edilməsi deməkdir. İkinci misal isə bu gün Qərb mediasında müharibənin xassəsini müəyən edilməmiş kimi qəbul edən "separatist” termininişlədilməsidir. Yekun olaraq isə Kreml tərəfindən yaradılmış hadisələr konstruksiyasına haqq verir, yəni müharibə Kiyev hökuməti ilə daxili üsyançılar arasında böhrandır.

Qərb mediasındakı seçilmiş reporajlar Kremli "fakt üzərində tutdular". Misal üçün: Vice News -un "Selfi əsgərlər" reportajı Şərqi Ukraynada konkret bir əsgərin mənşəyini bəlirlədi, araşdırma jurnalistləri Rusiyanın bu döyüşçünün aid olduğu hərbi bazaya aparıb çıxardı. Həmçinin Britanyalı jurnalist Eliot Hiqinsin açıq məktublara əsaslanan faktların rekonstruksiyası ilə bağlı məlmatları uğurla istifadə etdiyi Billingcat – veb saytı, bununla o Rusiya televiziyaları ərəfindən yaradılış mifləri məhv edirdi.

Ən məşhur misal isə StopFake-dir.Bu jurnalistlərin və akademik sahənin nümayəndələrinin Kiyevdə işlətdikləri veb səhifədir. Veb səhifə rusiya mediasında yayımlanan yanlış məlumatları yoxlayır (StopFake həmçinin Ukrayna mediya və siyasətçilərinin bəyanatlarını da yoxlayır və düzəldir). 2014 –cü ilin iyul ayından bu yana, StopFake yarandığı gündən, saxta foto və videoları, sosial medyada yayımlanmış düşünülmüş xəbərləri və qeybətləri üzərə çıxartdı. Təsis olunduqdan üş ay ərzində StopFake-in auditoriyası ayda artıq 1,5 milyon unikal ziyarətçidən ibarət idi. Oxucuların dörddə biri və veb səhifənin fəaliyyəti üçün lazımi vəsaitin əksəriyəti də Rusiyadan gəlirdi. StopFake-in populyarlığı göstərir ki, Rusiya mediyasının alternativ informasiya vasitəsinə tələb həddindən artıq çoxdur. Həmçinin Kremil tərəfindən yaranmış mifləri yox edəcək jurnalistlərə tələb həddindən artıq çoxdur.

[1] http://www.nytimes.com/2015/06/07/magazine/the-agency.html?_r=0

 

Geri