axtarış

Layihə haqda

Mifləri yox edərək Avroatlantik məkana inteqrasiya haqqında cəmiyyətin məlumatlandırılması Donor: Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) Müddət: 1 iyul 2015 – 30 aprel 2016 Mediya İnkişaf Fondu Şərq-Qərb İdarəetmə İnstitutunun (EWMI) vətəndaş cəmiyyətinin inkişafı və vətəndaşların ictimai işlərə cəlb olunması layihəsi (ACCESS) çərçifəsində "Mifləri yox edərək Avroatlantik məkana inteqrasiya haqqında cəmiyyətin məlumatlandırılması” layihəsini həyata keçirir. Layihənin məqsədi həm, Gürcüstan Hökumətinin kommunikasiya strategiyasının qiymətləndirilməsi və analizi, həm də, mətbuatda mövcud olan yanlış məlumatlarla bağlı keyfiyyətli tədqiqatların hazırlanması və sorğu nəticəsində meydana çıxan problemli məsələlərlə bağlı ictimai müzakirələrin təşkili yolu ilə Avroatlantik məkana inteqrasiya prosesi haqqında rabitənin yaradılmasından ibarətdir. Layihə Gürcüstanın digər bölgələri ilə yanaşı milli azlıqların kompakt yaşadıqları bölgələri də əhatə edəcək. Onların inteqrasiya prosesi ilə bağlı keyfiyyətli şəkildə məlumatlandırılmalası məqsədi ilə, www. eurocommunicator.ge veb səhifəsinin erməni və azərbaycan dilli səhifələri hazırlanacaq. Həmçinin mətbuatın monitorinqinin nəticələrinə əsaslanan və gürcü, azərbaycan, erməni və inglis dillərində əldə olunması mümkün olacaq "mif dedktorunun” hazırlanması davam etdiriləcək. Tədqiqat komponenti həmçinin Avroatlantik məkana inteqrasiya prosesi haqqında vətəndaşların sorğulanması və araşdırmanın əsas tapıntıları əsasında aktual məsələlərlə bağlı müxtəlif bölgələrdə, həmçinin etnik azlıqların kompakt yaşadıqları yerlərdə dəyrimi masaların təşkilini əhatə edir. Hökumətin kommunikasiya strategiyasının işlənməsi dövlət qurumları nümayəndələrinin sorğulanmasını, mətbuat monitorinqi nəticələrinin analizini və məsləhətlərin hazırlanmasını nəzərəd tutur.